Mariupolda dinc sakinlərin humanitar dəhlizlə çıxması baş tutmayıb

Mariupolda dinc sakinlərin humanitar dəhlizlə çıxması baş tutmayıb
Dünya 05 Mart 2022 15:07

Ukraynanın Mariupol şəhərindən dinc sakinlərin humanitar dəhlizlərlə çıxması təxirə salınıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Mariupol şəhərinin rəhbərliyi açıqlama verib.

Onlar bunu Rusiya tərəfinin humanitar dəhlizdən keçid zamanı atəşkəs barədə razılaşmanı pozması ilə əlaqələndirib.

Belə ki, Volnovaxa və Mariupolda humanitar təxliyə dəhlizləri açılmağa hazırlanırdə.