İranda Müdafiə Nazirliyinin zavodunda güclü partlayış olub

İranda Müdafiə Nazirliyinin zavodunda güclü partlayış olub
Gündəm 29 Yanvar 2023 01:09

İranın İsfahan şəhərində bir neçə güclü partlayış olub.

Sitat.info xəbər verir ki, bu barədə İran dövlət radiosu məlumat yayıb.

Bildirilib ki, partlayış Müdafiə Nazirliyinin sursat istehsalı zavodunda baş verib. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.