"Bu, qəza deyil, müharibədir": Zelenski nöqtə qoydu
Bu, qəza deyil, müharibədir: Zelenski Davosda Daxili İşlər Nazirliyinin rəhbərinin ölümünü belə şərh edib.
“Bu gün on dörd ukraynalı ailə öz yaxınlarını itirdi və hər gün daha çox ailə müharibə səbəbindən öz yaxınlarını itirir”, - deyə Zelenski bildirib və salonda olanlardan onları bir dəqiqəlik sükutla yad etməyi xahiş edib.
Bundan sonra o, hər kəsə təşəkkür edib və qeyd edib ki, “cəmi bir dəqiqə, amma bu qədər insanın yaddaşında qaldı”.
"Hər ölüm müharibənin nəticəsidir. Bu, qəza deyil, bu, müharibədir. Və müharibə təkcə döyüş meydanında deyil, müharibənin müxtəlif istiqamətləri var", - Ukrayna prezidenti bildirib.
O, əlavə edib ki, Ukraynada baş verən hər şey: dinc əhalinin üzərinə , uşaq bağçalarına, məktəblərə düşən raketlər,bütün bu baş verənlər, hər ölüm müharibənin nəticəsidir.
Nərgiz,
Sitat.info