ABŞ Suriyadakı hərbi bazalarını əlavə silah və texnika ilə gücləndirir
ABŞ ordusu son 3 gündə İraq ərazisi üzərindən Suriyada terror təşkilatı PKK-nın işğalı altında olan Hasəkədəki baza və hərbi məntəqələrə 100-ə yaxın maşından ibarət hərbi və logistik gücləndirmə karvanları göndərib.
Terror təşkilatı PKK-nın işğal etdiyi Rumeylan, Şeddadi və Tel Beyder yaşayış məntəqələrində ABŞ qüvvələrinin baza və hərbi məntəqələrinə çatan 100-ə yaxın avtomobil karvanına zirehli hərbi maşınlar, yanacaq tankerləri və çoxlu sayda sursat daxildir.
Nərgiz,
Sitat.info