Avstraliyada 2 helikopter toqquşub: 4 ölü, 8 yaralı

Avstraliyada 2 helikopter toqquşub: 4 ölü, 8 yaralı
Dünya 02 Yanvar 2023 14:32

Avstraliyanın Qızıl Sahil şəhərində Seaworld Tema Parkı yaxınlığında 2 helikopterin toqquşması nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, Avstraliyanın sevimli turizm mərkəzi olan Qızıl Sahildə Seaworld Tema Parkının yaxınlığındakı çimərlikdə iki helikopter toqquşub.

Yerli vaxtla saat 14:00 radələrində baş verən hadisədə 4 nəfər həyatını itirib, 3-ü ağır olmaqla 8 nəfər yaralanıb.

Kvinslend ştatının təcili yardım xidməti ilə hadisə yerinə çoxlu sayda xilasetmə qrupu göndərilib.

Kvinslend polisindən verilən açıqlamada qəzanın bir helikopterin eniş, digərinin isə havaya qalxması zamanı baş verdiyi bildirilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Seymur Bənnayev

Sitat.info