Türkiyədə dəhşətli qətl: Ülkü Ocaqlarının sabiq sədri qətlə yetirilib

Türkiyədə dəhşətli qətl: Ülkü Ocaqlarının sabiq sədri qətlə yetirilib
Gündəm 30 Dekabr 2022 17:41

Türkiyənin paytaxtı Ankarada Ülkü Ocaqlarının sabiq sədri, alim Sinan Ateş və dostu Selman Bozkurt silahlı hücuma məruz qalıb.

Sitat.info  "Milliyet"ə istinadən xəbər verir ki, Ankaranın Çankaya bölgəsində Qızılirmak Məhəlləsində motosikletlə küçədən silahlı şəxs dostlara hücum edib.

Hadisə nəticəsində başından vurulan Sinan Ateş  oradaca ölüb, Selman Bozkurt isə çiynindən yaralanıb.

Polis hadisə ilə bağlı istintaqa başlayıb.