Messinin yanına qaçan Nüsret biabır oldu - VİDEO

Messinin yanına qaçan Nüsret biabır oldu - VİDEO
Gündəm 19 Dekabr 2022 15:52

Türkiyəli məşhur aşpaz Nüsret Gökce Qətərdəki görüntüləri ilə gündəm olub. 

Sitat.info xəbər verir ki, futbol oyunundan sonra matçın keçirildiyi arenaya gələn Gökce Argentinanın hücumçusu Lionel Messi ilə şəkil çəkdirmək istəyib. Bu zaman komanda yoldaşları ilə görüşən Messi Nusreti görməzdən gəlib. 

Daha sonra aşpaz Argentina yığmasının digər üzvü Angel di Maria ilə də foto və video çəkdirib. Onun "Wow" deyərək qəribə ağız hərəkəti etməsi di Marianın təəccübünə səbəb olub. 

Baku.ws həmin görüntüləri təqdim edir: