Rusiya Belarus-Ukrayna sərhədinə hərbi texnika və qoşun yığır

Rusiya Belarus-Ukrayna sərhədinə hərbi texnika və qoşun yığır
Gündəm 12 Dekabr 2022 16:47

Rusiya Belarus-Ukrayna sərhəddinə  qoşun və texnikalarını yığır. 

Sitat.info  Ukrayna mediasına istinadən xəbər verir ki, Rusiya və Belarus hərbçiləri qondarma regional qoşun qruplaşmasını döyüşə hazırlayır.  

Rusiya hərbi texnikasının sütunları Belarusda Ukrayna ilə sərhədə yaxın olan Brest poliqonu ərazisinə köçürülür. 

Məlumata görə, söhbət təxminən 24 texnikadan gedir: T-80 tankları olan 4 trol, minaatan batareyası, rabitə vasitələri, mühəndis avadanlıqları.

Qeyd olunur ki, artıq bu gün, dekabrın 12-də Rusiya Silahlı Qüvvələrinin texnikası olan ilk karvan Obuz-Lesnovski poliqonundan (Brest vilayəti, Baranoviç rayonu) Brest poliqonuna (Brest rayonu, Brest vilayəti) doğru hərəkət edib.

Məğrur,

SİTAT.İNFO