Bakının bu rayonlarında su olmayacaq

Bakının bu rayonlarında su olmayacaq
Gündəm 11 Dekabr 2022 11:03

Bakının Binəqədi və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb.

Sitat.info xəbər verir ki, bu haqda “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, fasiləyə səbəb magistral su kəmərində baş vermiş qəzadır.