Kiyevə hücum edən Rusiya tankları PUA-larla məhv edilib

Kiyevə hücum edən Rusiya tankları PUA-larla məhv edilib
Gündəm 27 Fevral 2022 14:23

Ukraynanın paytaxtı Kiyevin Darnitsa rayonu istiqamətində şəhərə hücum edən Rusiya Silahlı qüvvələrinə məxsus tanklardan ibarət hərbi karvan məhv edilib.

"Report"un Şərqi Avropa bürsunun məlumatına görə, Ukrayna Silahlı qüvvələri tərəfindən maşın karvanının pilotsuz uçan aparat vasitəsi ilə məhv edildiyi bildirilir.