Polşa Rusiya təyyarələri üçün hava məkanını bağlayır

Polşa Rusiya təyyarələri üçün hava məkanını bağlayır
Gündəm 25 Fevral 2022 18:00

“Polşa Rusiya avişirkətləri üçün hava məkanını bağlamaq barədə qərar hazırlayır”.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moraveski tviter səhifəsində yazıb.

“Rusiya aviadaşıyıcıları üçün hava məkanının bağlanması ilə bağlı Nazirlər Şurasına tapşırıq vermişəm”, - Mateuş Moraveski bildirib.