SON DƏQİQƏ: Rusiya Polşaya raket atdı: Ölənlər var

SON DƏQİQƏ: Rusiya Polşaya raket atdı: Ölənlər var
Dünya 15 Noyabr 2022 23:44

Rusiyanın atdığı raket Ukraynanın   Polşa ilə həmsərhəd kəndlərindən birinə düşüb, ölənlər var. 

Sitat.info Polşa mətbuatına istinadən xəbər verir ki, Ukrayna sərhədinə yaxın olan Prjevodov kəndində şiddətli partlayış baş verib və 2 nəfərin öldüyü bildirilir. Bəzi xəbərlərdə ABŞ kəşfiyyat rəsmisinə əsaslanaraq, partlayışın mənbəyinin Rusiya raketi olduğu iddia edilib. Polşa hökuməti hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Polşanın baş naziri Mateuş Moravetski Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin təcili iclasını çağırıb. Hələlik görüşün mövzusu ilə bağlı məlumat verilməyib.

Polşa Rusiyanın Ukraynaya raket hücumlarından sonra hərəkətə keçib. Polşa hökumətinin sözçüsü Piotr Müller bildirib ki, bu gün Rusiyanın Ukraynanın müxtəlif şəhərlərinə raket zərbələri endirməsindən sonra baş nazir Mateuş Moravetski Milli Təhlükəsizlik və Müdafiə Nazirləri Komitəsinin üzvlərini iclasa çağırıb. 

Nərgiz,

Sitat.info