SON DƏQİQƏ! ABŞ bu ölkəyə qarşı iki bombardmançısını göndərdi

SON DƏQİQƏ! ABŞ bu ölkəyə qarşı iki bombardmançısını göndərdi
Dünya 11 Noyabr 2022 23:57

ABŞ Yaxın Şərqə iki nüvə silahına malik B-52 bombardmançı təyyarəsini göndərib.

Sitat.info xəbər verir ki, bu barədə “Politiko” nəşri Pentaqondakı mənbələrə istinadən məlumat verib.

Qeyd olunub ki, İranın Səudiyyə Ərəbistanının enerji infrastrukturuna hücum planları fonunda ABŞ sözügedən addımı atıb.

Pentaqon rəsmisi deyib ki, İran Səudiyyə Ərəbistanına hücum etməyi planlaşdırır və krallığın enerji infrastrukturu hədəfə çevrilə bilər.

/Axar.az