Atəşkəs pozuldu: Düşmən mövqelərimizi atəşə tutdu - RƏSMİ

Atəşkəs pozuldu: Düşmən mövqelərimizi atəşə tutdu - RƏSMİ
Gündəm 25 Oktyabr 2022 08:59

 

Oktyabrın 24-ü saat 22:20-dən oktyabrın 25-i saat 01:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu, Zərkənd və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Dəmirçidam, İstibulaq və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

 

Bu barədə "Sitat.info"ya Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.