Güney azərbaycanlı əsgər etirazçılara qarşı repressiyada iştirakdan imtina etdiyi üçün həbs edilib
Bu barədə Ramin Behzadın yaxınları məlumat veriblər.
Məlumatda gənc yazıçı Ramin Behzadın nümayişçilərə qarşı çıxmaqdan imtina etdiyi üçün saxlanıldığı bildirilir.
Yaxınlarının dediyinə görə, 10 gün öncə həbs edilən gənc yazıçının harada saxlanıldığı barədə məlumat əldə edə bilmirlər.