Belçikadakı səfirimizdən erməni hücumu ilə bağlı xəbərdarlıq

Belçikadakı səfirimizdən erməni hücumu ilə bağlı xəbərdarlıq
Gündəm 21 Sentyabr 2022 13:01

Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov ermənilərin səfirliyə mümkün hücumu ilə bağlı xəbərdarlıq edib.

Sitat.info xəbər verir ki, bu barədə səfir Tvitter səhifəsində yazıb.

“Bu gün Brüsseldəki erməni diasporunun radikalları Avropa Parlamenti qarşısında keçirilən mitinqdən sonra Azərbaycan səfirliyinə hücum etməyə hazırlaşırlar”, - o vurğulayıb.