Kiyev: "Ukrayna Donbassda hücum əməliyyatları planlaşdırmır"

Kiyev: \"Ukrayna Donbassda hücum əməliyyatları planlaşdırmır\"
Gündəm 18 Fevral 2022 21:39

Ukraynanın hərbi-siyasi rəhbərliyi Donbassda hücum əməliyyatları planlaşdırmır. Bunu cümə günü Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı deyib.

"Ukraynanın hərbi-siyasi rəhbərliyi ölkənin şərqində hücum əməliyyatlarını planlaşdırmır. Əraziləri işğaldan azad etmək üçün bizim üçün yeganə məqbul variant siyasi-diplomatikdir", - o, Facebook-da videomüraciətində bildirib. (virtualaz.org)