Yekaterinburqdan Bakıya uçuşlar bərpa edildi

Yekaterinburqdan Bakıya uçuşlar bərpa edildi
Dünya 26 İyul 2022 10:45

Rusiyanın Yekaterinburq şəhərindən Bakıya uçuşlar bərpa olunur.

“Sitat.info” Rusiya mediasına istinadən xəbər verir ki, ilk reys iyulun 31-nə planlaşdırılıb. 

Sözügedən reysləri isə Rusiyanın “İrAero” şirkəti həftədə iki dəfə - bazar və çərşənbə günləri həyata keçirəcək.

Xatırladaq ki, Yekaterinburq və Bakı arasında uçuşlar 2022-ci ilin mart ayında dayandırılıb.