Rus ordusu Ukraynanın hücumuna hazırlaşır

Rus ordusu Ukraynanın hücumuna hazırlaşır
Dünya 26 İyul 2022 10:02

Rusiya qoşunları Ukrayna ordusunun əks-hücum əməliyyatı ərəfəsində Zaporojye və Xerson vilayətlərində mövqelərini möhkəmləndirir.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

Bildirilib ki, Rusiya hərbi komandanlığı Omskdakı anbarlardan hərbi texnikaları Ukraynaya göndərməyə başlayıb. Çünki hərbçilər vurulmuş texnikaların təmiri ilə bağlı problemlərlə üzləşirlər.