Hindistan 15-ci prezidenti qadın oldu

Hindistan 15-ci prezidenti qadın oldu
Dünya 21 İyul 2022 20:04

İyulun 18-də Hindistan parlamentində deputatların keçirdiyi səsvermənin nəticələri açıqlanıb.

“Sitat.info” xarici KİV-ə istinadən xəbər verir ki, “qəbilə xanımı” kimi tanınan 64 yaşlı Draupadi Murmu qalib olub.

Ölkədə keçmiş prezident Pratibha Patildən sonra bu kürsüyə sahib olan ikinci qadın Murmu üçün 25 iyulda andiçmə mərasimi keçirilməsi planlaşdırılır.

/Qafqazinfo