Ruslar bu istiqamətdə hücuma keçir

Ruslar bu istiqamətdə hücuma keçir
Dünya 21 İyul 2022 09:50

Hazırda Ukraynanın Donetsk vilayətində ruslar İvano-Daryevka istiqamətində hücum əməliyyatlarını davam etdirir.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Feysbuk səhifəsində məlumat yayıb.

"Ruslar Kramatorsk, Seversk, Qriqorevka, Zvanovka və Spornovo rayonlarını artilleriya ilə atəşə tutub. Həmçinin, Slavyansk istiqamətində isə Dubravnoye, Krasnopolye, Çepil, Adamovka, Qruşuvax yaxınlığında atışma qeydə alınıb", - məlumatda qeyd olunub.

/Axar.az