İsrail HƏMAS-ın raket zavodunu bombaladı - Foto

İsrail HƏMAS-ın raket zavodunu bombaladı - Foto
Dünya 16 İyul 2022 12:40

İsrail qırıcıları Qəzzanın cənub-qərbində yerləşən HƏMAS-a aid 2 mövqeyi bombalayıb.

Sitat.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

“İsrail qırıcıları yerin altında yerləşən HƏMAS-a aid raket zavodunu və silahların istehsal olunduğu iki ayrı nöqtəni hədəf alıb. Əməliyyat gecə saatlarında Qəzzadan İsrailə göndərilən raketlərə cavab olaraq həyata keçirilib. Vurulan raket zavodu isə Qəzzada yerləşən raket istehsalı məntəqələrinin ən böyüyü olub”, - məlumatda bildirilib.