Müharibə başlayandan Ukraynanı tərk edənlər...

Müharibə başlayandan Ukraynanı tərk edənlər...
Dünya 14 İyul 2022 10:20

Müharibə başlayandan bəri 9 milyondan çox ukraynalı ölkə sərhədini keçib.

Sitat.info xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Agentliyi məlumat yayıb.

Qeyd edək ki, ukraynalı qaçqınların 1 milyondan çoxu Polşada, 900 min nəfəri Almaniyada, 391 min nəfər Çexiyada, təxminən 150 min nəfəri Türkiyə və İtaliyada, 80 mindən bir qədər çoxu isə Moldova, Rumıniya, Slovakiya və Fransada məskunlaşıb.