Aİ-dən Ukraynaya əlavə 1 milyard avro yardım

Aİ-dən Ukraynaya əlavə 1 milyard avro yardım
Dünya 12 İyul 2022 18:50

Avropa İttifaqı Ukraynaya əlavə 1 milyard avro yardımı təsdiqləyib.

“Sitat.info” xəbər verir ki, bu haqda Avropa İttifaqı (Aİ) Komissiyasının Prezidenti Ursula von der Leyen tviter hesabından açıqlama verib.

O, açıqlamada Şuranın bu gün təsdiqlədiyi yardımın bu ay Ukraynaya çatacağını bildirib.

Beləliklə, müharibə başlayandan bəri Aİ-nin Ukraynaya yardımı 2,2 milyard avroya çatacaq.