Zelenski Ukraynanın 5 ölkədəki səfirini geri çağırıb

Zelenski Ukraynanın 5 ölkədəki səfirini geri çağırıb
Dünya 09 İyul 2022 19:51

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın Almaniya, Macarıstan, Norveç, Çexiya və Hindistandakı səfirlərini istefaya göndərib.

Müvafiq sərəncam iyulun 9-da imzalanıb və dövlət başçısının saytında yerləşdirilib.

Andrey Melnik Almaniya, Lüdmila Nepop Macarıstan, Vyaçeslav Yatsiuk Norveç, Yevgeni Perebyinos isə Ukraynanın Çexiyadakı səfiri vəzifəsindən azad edilib.//report