Daha bir ölkədən Rusiyaya sanksiya gəldi: Patriarx Kirill də siyahıda...

Daha bir ölkədən Rusiyaya sanksiya gəldi: Patriarx Kirill də siyahıda...
Dünya 08 İyul 2022 17:44

Kanada Patriarx Kirill və rus təbliğatçılarına qarşı sanksiyalar tətbiq edir.  Ölkə Rusiyadan müəyyən növ qızılların idxalına da qadağa qoyub.

Kanada Rusiyanın Ukraynaya qanunsuz müdaxiləsi ilə əlaqədar dezinformasiya yayan və təbliğat aparan rus agentlərinə qarşı əlavə sanksiyalar elan edib.

Sitat.info xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.

Kanada prezident Vladimir Putinin qeyri-qanuni və ədalətsiz müharibə apardığı və dezinformasiya, manipulyasiya və təbliğat yolu ilə buna haqq qazandırmağa çalışdığı bir vaxtda səssiz qalmayıb. 

Kanada 29 rus agentinə və onlara  məxsus olan 15 təşkilata qarşı sanksiyalar tətbiq edib.

Lamiyə,

SİTAT.İNFO