Zmeyni geri qayıtdı: rusları bu cür qovacağıq

Zmeyni geri qayıtdı: rusları bu cür qovacağıq
Dünya 01 İyul 2022 08:36

Zmeyni (İlanlar) adası strateji nöqtədir və onun azad edilməsi Qara dənizdəki vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirib.

Sitat.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Zmeyni adasının yenidən ölkəsinin nəzarəti altına keçməsinə münasibət bildirərkən deyib.

“Bu, təhlükəsizliyə, düşmənin geri qayıtmayacağına zəmanət vermir. Lakin bu, artıq işğalçıların hərəkətlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Addım-addım onları dənizimizdən, torpağımızdan, səmamızdan qovacağıq”, - Zelenski qeyd edib.

 

/Axar.az