Ukraynada ölən uşaqların SON STATİSTİKASI
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 339 uşaq ölüb, 611 uşaq isə yaralanıb.
Sitat.info “Unian”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, 4 ay ərzində 950 uşaq müharibə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bildirilib ki, Rusiya ordusunun bombardmanı nəticəsində 2061 təhsil müəssisəsinə ziyan dəyib, 2133-ü isə tamamilə dağılıb.
/Bizim.Media