Suraxanıda evləri talayan şəxs tutuldu - Foto 

Suraxanıda evləri talayan şəxs tutuldu - Foto 
KRİMİNAL 11 Sentyabr 2026 14:53

Suraxanı rayonunda silsilə oğurluqlar edən şəxs saxlanılıb.

“Sitat.info” xəbər verir ki, Suraxanı RPİ-nin 33-cü Polis Şöbəsinin keçirdiyi tədbirlərlə oğurluq əməlləri törətməkdə şübhəli bilinən 46 yaşlı Elbrus Əhmədov saxlanılıb.

Araşdırmalar zamanı müəyyən olunub ki, o, Zığ qəsəbəsində yerləşən marketlərin birindən pul vəsaiti, tütün məmulatları, lotereya biletləri, eləcə də bir nəfərə məxsus evin zirzəmisindən 8 min manat dəyərində televizor və məişət əşyaları oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.