"Şəki laylası"nda həyatını itirən Ucal yenicə ailə qurubmuş... - FOTO
Xəbər verdiyimiz kimi, “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində iki nəfər həyatını itirib.
“Sitat.info” xəbər verir ki, faciə nəticəsində ölən şəxslərdən birinin Ucal Bayramov olduğu məlum olub.
“Məktəb Guşəsi” jurnalının baş redaktoru Məzahir Məmmədli sosial şəbəkə hesabında paylaşım edərək Ucal Bayramovun tələbə yoldaşı Asif Bayramovun oğlu olduğunu bildirib.
O qeyd edib ki, faciəvi şəkildə həyatını itirən gənc yenicə ailə qurmuşdu:
“Xəyallar, arzular, ümidlərlə dolu bir gəncin ömrü yarımçıq qaldı. Dostumuz, tələbə yoldaşımız Asif Bayramovun oğlu Ucal Bayramov Şəkidə iki nəfərin ölümü ilə nəticələnən hadisədə faciəli şəkildə həlak olub.
Ucal oğlumun tələbə yoldaşı idi. Yenicə ailə qurmuşdu. Böyük arzuları, xəyalları var idi. Çox ağır xəbərdir. Allah rəhmət eləsin. Məkanı cənnət olsun. Əzizlərinə səbr və dözüm arzulayıram”.
Faktla bağlı araşdırma aparılır.
Aytac
Sitat.info