İstanbul sunami təhlükəsi ilə üz-üzədir: Dəhşətli AÇIQLAMA
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhsil, Elm və Mədəniyyət Təşkilatı UNESCO yeni hesabatında Aralıq dənizi hövzəsi və yaxınlıqdakı şəhərlərin mümkün sunamidən ciddi şəkildə təsirlənəcəyini bildirib. Marsel, İsgəndəriyyə və İstanbulun təhlükədə olduğunu deyən təşkilat, yaxın 30 ildə bir metrdən yüksək sunami ehtimalının 100 faizə yaxın olduğunu bildirib.
Yayımlanan hesabatda UNESCO vurğulayır ki, Aralıq dənizində risk altında olan şəhər və rayonlar daha əvvəl elan edilən 21 ölkədəki 40 “sunamiyə hazır” qəsəbə və şəhərlərə qoşulacaq.
Hesabatda sunami riski altında olan beş şəhər Marsel, İsgəndəriyyə, İstanbul, Kann, İspaniyanın Atlantik sahilindəki Kadis yaxınlığındakı qəsəbə və Çipionadır.
“Sunamiyə hazır” proqramının məqsədi risk altında olan bütün icmalara 2030-cu ilə qədər baş verə biləcək sunami halında nə etməli olduqlarını öyrətməkdir.
Ləman Sərvanqızı
SİTAT.İNFO