Yaponiyada qatar 4 dəmiryol işçisini vuraraq öldürüb

Yaponiyada qatar 4 dəmiryol işçisini vuraraq öldürüb
Dünya 20 Avqust 2026 13:10

Yaponiyanın Tokio şəhərinin şimalındakı Şin-Kanuma stansiyasında relslərin kənarında alaq otlarını təmizləyən 4 işçini ekspress qatar vurub.

Sitat.info xəbər verir ki, hadisə nəticəsində  işçilərin hamısı həyatını itirib. Təcili yardım əməkdaşları hadisə yerinə çatdıqda üç işçinin qatarın altında, birinin isə platformada olduğu bildirilib.

Məlumata görə, qatar Tokio ilə məşhur turizm mərkəzi Nikko şəhərini birləşdirən Tobu Nikko xəttində hərəkət edən Spacia X ekspresi olub.

Aytac,

Sitat.info