Rusiya Xarkovu vurdu - 17 ölü

Rusiya Xarkovu vurdu - 17 ölü
Dünya 18 Avqust 2026 12:15

Rusiya Ukraynanın Xarkov vilayətinin Peçeniqi bölgəsinə raket zərbəsi endirib.

Sitat.info UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov vilayəti dövlət administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb. 

İlkin məlumata görə, hücum nəticəsində 17 nəfər həlak olub. Xəsarət alan daha 8 nəfərə tibbi yardım göstərilib.

Bundan başqa, hücum nəticəsində 10 fərdi yaşayış evi, kafe, poçt şöbəsi, mağaza və azı 7 avtomobil zədələnib. Hazırda hücumun fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır.