Pakistanın daxili işlər naziri İrana səfər edib

Pakistanın daxili işlər naziri İrana səfər edib
Dünya 11 Avqust 2026 16:52

Bu gün Pakistanın daxili işlər naziri Möhsün Rza Nəqəvi İran rəsmiləri ilə danışıqlar aparmaq və regional gərginliyin azaldılması məsələsini müzakirə etmək üçün Tehrana səfər edib.


Sitat.info xəbər verir ki, məlumata görə, nazir iyun ayında da ikitərəfli məsələləri, İran-ABŞ Anlaşma Memorandumunun icrasını və regional prosesləri müzakirə etmək məqsədilə Tehrana yollanıb. Həmin səfər zamanı o, İranın daxili işlər naziri İskəndər Mömini və xarici işlər naziri Abbas Əraqçı ilə görüşüb.

Nəqəvinin əvvəlki səfərlərindən birində Pakistan Ordusunun Baş Qərargah rəisi, feldmarşal Asim Munirin mesajını İranın ali rəhbəri Müctəba Xameneiyə çatdırdığı bildirilir.

28 fevralda müharibənin başlamasından sonra Pakistanın ABŞ və İran arasında əsas vasitəçilərdən birinə çevrildiyi qeyd olunur.