Qətərə məxsus LNG tankeri Hörmüz boğazından keçdi

Qətərə məxsus LNG tankeri Hörmüz boğazından keçdi
Dünya 30 İyul 2026 15:50

Qətərə məxsus mayeləşdirilmiş təbii qaz (LNG) tankeri üç həftəlik fasilədən sonra ilk dəfə Hörmüz boğazından keçib.

Sitat.info xəbər verir ki, bundan əvvəl Qətər tankerinə bu yolda hücum edilmişdi.

İranın Fars agentliyinin məlumatına görə, tanker Tehranın icazəsindən sonra İranın müəyyən etdiyi marşrutla boğazdan keçib.

Bloomberg-in gəmi izləmə məlumatlarına əsasən, tanker transponderi aktiv vəziyyətdə Hörmüz boğazını keçərək Oman körfəzinə daxil olub. Gəminin son təyinat məntəqəsi Pakistan olub.

Səid,

Sitat.info