Hörmüz boğazında altı gəmi saxlanıldı

Hörmüz boğazında altı gəmi saxlanıldı
Dünya 27 İyul 2026 10:11

Hörmüz boğazının cənubunda altı gəmi naviqasiya və yerləşdirmə sistemlərini söndürərək "qanunsuz və təhlükəli" marşrutla hərəkət etməyə cəhd edib.

Sitat.info xəbər verir ki, bu barədə  İranın dövlət televiziyası IRIB bildirib. 

Məlumata görə, gəmilərdən biri qəzaya uğrayıb, digərləri isə İran qüvvələrinin müdaxiləsindən sonra yenidən körfəzə istiqamətləndirilib.

IRIB-in məlumatlı mənbəyə istinadən yaydığı xəbərdə qeyd olunur ki, hadisə bazar ertəsi səhər saatlarında baş verib. İddialara əsasən, gəmilər bundan əvvəl ABŞ ordusunun təxribatına məruz qalıb.

Hadisə ilə bağlı ABŞ tərəfindən hələlik rəsmi açıqlama verilməyib və məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Səid,

Sitat.info