Arakçı Lavrovla görüşdü

Arakçı Lavrovla görüşdü
Dünya 24 İyul 2026 14:25

İranın xarici işlər naziri Seyid Abbas Arakçı ilə rusiyalı həmkarı Sergey Lavrov görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə İran XİN-in sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Qeyd edilib ki, nazirlər Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində görüşüblər.