Konqoda Eboladan ölənlərin sayı 1 033 nəfərə çatıb

Konqoda Eboladan ölənlərin sayı 1 033 nəfərə çatıb
Dünya 23 İyul 2026 11:44

 Konqo Demokratik Respublikasının beş əyalətində Ebola qızdırmasına təsdiqlənmiş yoluxma hallarının sayı 2 536-ya çatıb.

Sitat.info  xəbər verir ki, bu barədə Konqonun Rabitə və Mətbuat Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, 738 xəstə təcrid olunub və ya stasionar şəraitdə müalicə alır, 506 nəfər sağalıb, 1 033 nəfər isə ölüb.