Braziliya prezidenti Trampı "dəniz qulduru" adlandırdı
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazından keçən bütün yüklərdən 20 faiz tranzit haqqı alınacağı barədə açıqlamasına "dəniz quldurluğu" adlandırıb.
Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, Lula bildirib ki, uzun illər dəniz quldurluğuna qarşı mübarizə aparan ABŞ-ın belə addım atmağa haqqı yoxdur. Onun sözlərinə görə, ABŞ-ın İrana hücumundan əvvəl Hörmüz boğazı açıq idi və hazırkı vəziyyətə görə məsuliyyət Vaşinqtonun üzərinə düşür.
Braziliya lideri həmçinin Tramp administrasiyasını böhranı qazanc mənbəyinə çevirməkdə ittiham edib. O vurğulayıb ki, Yaxın Şərqdəki müharibə dünya iqtisadiyyatına ciddi zərbə vurur, neft bahalaşdıqca ərzaq məhsullarının qiymətləri də artır.
Xatırladaq ki, Donald Tramp ABŞ-ın Hörmüz boğazında dəniz blokadasını bərpa etdiyini və təhlükəsizlik xərclərini əsas gətirərək boğazdan keçən bütün yüklərdən 20 faiz tranzit haqqı tutulacağını açıqlayıb.
Nigar,
Sitat.info