Rusiya yenə Kiyevə hava zərbələri endirdi

Rusiya yenə Kiyevə hava zərbələri endirdi
Dünya 11 İyul 2026 09:21

Rusiya ordusu iyulun 11-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə hava zərbələri endirib.

Sitat.info xəbər verir ki, Bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Hücum nəticəsində 10 nəfərin yaralandığı, onların arasında 11 yaşlı uşağın da olduğunu bildirilib.

Məlumata görə, hücum zamanı Solomyanski rayonunda üçmərtəbəli ofis-anbar binasında, Dneprovski rayonunda isə anbar sahəsində yanğın baş verib.

Darnitski rayonunda raket yolun hərəkət hissəsinə düşüb, işıqforları idarə edən elektrik yarımstansiyası yanıb, yaxınlıqdakı yaşayış binalarının pəncərələri sınıb.

Yanğınlar söndürülüb, zədələnmiş ərazilərdə xilasetmə işləri davam etdirilir.