Ermənistanda seçki mübahisəsinə son qoyuldu

Ermənistanda seçki mübahisəsinə son qoyuldu
Dünya 04 İyul 2026 20:28

Ermənistan Konstitusiya Məhkəməsi müxalifətin iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinin ləğvi ilə bağlı iddialarını təmin etməyib.

Sitat.info APA-ya istinadən bildirir ki, məhkəmə Mərkəzi Seçki Komissiyasının seçkilərin yekunları barədə qərarını qüvvədə saxlayıb.

Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan bildirib ki, qəbul edilən qərar qətidir və ondan şikayət verilə bilməz.