Tramp: “İranla Dohadakı görüşün əhəmiyyəti hələ bəlli deyil”

Tramp: “İranla Dohadakı görüşün əhəmiyyəti hələ bəlli deyil”
Dünya 30 İyun 2026 13:39

Bu gün ABŞ prezidenti Donald Tramp İranla Qətərin paytaxtı Dohada keçirilməsi ehtimal olunan görüşlə bağlı yeni açıqlama verib.


Sitat.info xəbər verir ki, Tramp çıxışı zamanı Dohada planlaşdırıldığı deyilən görüşün baş tutub-tutmayacağı və nəticələrinin necə olacağı ilə bağlı qeyri-müəyyən mövqe sərgiləyib.

"Dohadakı görüş bəlkə də vacib olacaq, bəlkə də vacib olmayacaq. Bunu biləcəyik", – deyə ABŞ prezidenti bildirib.

Trampın açıqlaması İran rəsmilərinin və danışıqlar qrupuna yaxın şəxslərin Dohada ABŞ nümayəndə heyəti ilə görüş keçiriləcəyi barədə xəbərləri ardıcıl şəkildə təkzib etməsi fonunda səsləndirilib.

Aytac,

Sitat.info