Hörmüzdə keçid üçün rüsumların tətbiqinə qarşıdırlar

Hörmüzdə keçid üçün rüsumların tətbiqinə qarşıdırlar
Gündəm 29 İyun 2026 19:37

Oman Hörmüz boğazından keçid üçün rüsumların tətbiqinə qarşıdır.

Sitat.info xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Bədr əl-Busaidi “Monte Karlo” radiosuna müsahibəsində deyib.

“Oman Sultanlığı gəmilərin Hörmüz boğazından tranzitinə rüsumların tətbiq edilməsini rədd edir, çünki bu, beynəlxalq hüquqla qadağandır”, - nazir bildirib.