İranın 6 milyardı blokdan çıxarılır - Pezeşkian AÇIQLADI

İranın 6 milyardı blokdan çıxarılır - Pezeşkian AÇIQLADI
Dünya 29 İyun 2026 13:25

İran və Qətər bu ölkədə dondurulmuş İran aktivlərinin 6 milyard dollarının blokdan çıxarılması barədə razılığa gəlib.

Sitat.info xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“Əldə olunan razılaşmaya əsasən, Qətərdə saxlanılan ümumilikdə 12 milyard dollarlıq İran vəsaitinin ilk mərhələdə 6 milyard dolları blokdan çıxarılaraq ölkəyə qaytarılacaq. Vəsaitin qalan hissəsinin də geri qaytarılması istiqamətində işlər davam etdirilir”, - o bildirib.

Nigar,

Sitat.info