Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub

Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
Dünya 27 İyun 2026 19:08

Əfqanıstanda bu gün 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

Sitat.info xəbər verir ki, bu barədə beynəlxalq seysmoloji xidmətlərin məlumatında bildirilir.

ABŞ Geoloji Tədqiqat Mərkəzi (USGS) zəlzələnin episentrinin ölkənin Jurm bölgəsi olduğunu açıqlayıb. Yeraltı təkanlar ölkənin bir sıra bölgələrində hiss olunub.

Hələlik zəlzələ nəticəsində ölən və ya xəsarət alanlar, eləcə də dağıntılar barədə rəsmi məlumat açıqlanmayıb.

Səlahiyyətli qurumlar vəziyyəti qiymətləndirməyə davam edir.