Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb

Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
Dünya 25 İyun 2026 15:02

Avropa İttifaqı (Aİ) 90 milyard avro məbləğində kredit dəstəyi proqramı çərçivəsində Ukraynaya 3,2 milyard avroluq ilk tranşı köçürüb.

Sitat.info xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası "X" sosial şəbəkəsində məlumat yayıb.

"Aİ 2026-cı ilin aprelində Aİ Şurasının razılaşdırdığı 90 milyard avro məbləğində maliyyə yardımı paketi çərçivəsində ilk ödənişi həyata keçirib. Bu, Ukraynanın birinci dərəcəli ehtiyaclarının maliyyələşdirilməsini təmin etməyə kömək edəcək", - məlumatda qeyd olunub.