Ərdoğan bu ölkə ilə danışıqlardan imtina etdi

Ərdoğan bu ölkə ilə danışıqlardan imtina etdi
Dünya 17 İyun 2022 16:26

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afinanın Ankaraya münasibətinə yenidən baxmayana qədər Yunanıstan rəhbərliyi ilə ünsiyyət qurmaq niyyətində deyil.

Sitat.info xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

“Dürüst siyasətçi qarşıma çıxana qədər onlarla bir daha ünsiyyətdə olmayacağam. Strateji Əməkdaşlıq Şurasının iclasını da keçirməyəcəyik. Qoy Yunanıstan özü qərar versin”, - o bildirib.

/Axar.az