Azərbaycan-Ermənistan sülh prosesini müzakirə etdilər - Fotolar

Azərbaycan-Ermənistan sülh prosesini müzakirə etdilər - Fotolar
Gündəm 16 İyun 2026 17:52

Moskvada səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Sitat.info TASS-a istinadən xəbər verir ki, görüş zamanı digər məsələlərlə yanaşı, Cənubi Qafqazdakı vəziyyət, Bakı ilə İrəvan arasında sülh prosesi də müzakirə edilib.

“Biz Cənubi Qafqazdakı vəziyyəti, Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesini ətraflı müzakirə etdik. Bu, regionda sülhün təmin edilməsi baxımından çox vacibdir”, - Fidan görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Azərbaycan-Ermənistan sülh prosesini müzakirə etdilər - Fotolar Azərbaycan-Ermənistan sülh prosesini müzakirə etdilər - Fotolar Azərbaycan-Ermənistan sülh prosesini müzakirə etdilər - Fotolar