ABŞ Hörmüzdə İranın 4 PUA-sını məhv etdi

ABŞ Hörmüzdə İranın 4 PUA-sını məhv etdi
Dünya 06 İyun 2026 09:39

ABŞ ordusu Hörmüz boğazı istiqamətində hərəkət edən azı 4 İran PUA-sını məhv edib.

Sitat.info xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadla məlumat yayıb.

Vurulan PUA-ların hədəfinin kommersiya gəmiləri və ya ABŞ hərbi qüvvələri olduğu ehtimal edilir.

Rəsmi Vaşinqton hadisə ilə bağlı hələlik əlavə açıqlama verməyib.