ABŞ İsraili masaya qaytardı: Livanla atəşkəs danışıqlarında "son fürsət"

13:57 4 İyun 2026

Livan Prezidenti Cozef Aoun bildirib ki, hazırda davam edən atəşkəs danışıqları olduqca çətindir.

Sitat.info xəbər verir ki, jurnalistlərə açıqlama verən Aoun qeyd edib ki, Livan nümayəndə heyətinin rəhbəri Simon Karam İsrail tərəfinin güzəştə getməməsi səbəbindən bir mərhələdə danışıqları dayandırıb. Bundan sonra ABŞ Dövlət Katibi Marko Rubio müdaxilə edərək tərəfləri yenidən danışıqlar masasına qaytarıb.

Aoun vurğulayıb ki, hazırkı razılaşma “son fürsət” xarakteri daşıyır və əks halda hər tərəf öz məsuliyyətini daşımalı olacaq.

Onun sözlərinə görə, bütün tərəflər razılıq verib lazımi təminatlar təqdim edildikdən sonra razılaşmanın icrasına 24 saat ərzində başlana bilər.

Aytac,

Sitat.info



Xəbər xətti